Moskva Neft Emalı Zavodunda irimiqyaslı dağıntılar: Paytaxtın yanacaq təminatı təhlükədədir
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yaydığı məlumatlara görə, Moskva Neft Emalı Zavodunda güclü partlayışlar baş verib. Hadisə nəticəsində zavodun rezervuar parkı, xam neftin ilkin emalı qurğuları və dizel yanacağının hidrotəmizlənməsi xətləri tamamilə sıradan çıxıb və ya ciddi zərər görüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
Sözügedən müəssisə Rusiya paytaxt regionu və yerli hava limanları üçün strateji əhəmiyyət kəsb edirdi.
Belə ki, bu zavod regionun benzinə olan tələbatının əsas hissəsini, dizel yanacağının isə 50%-dən çoxunu təmin edirdi.
Fidan
Məmməd-zadə
12:19 18.06.2026
Oxunuş sayı: 54