ABŞ-İran razılaşması çərçivəsində 300 milyard dollarlıq investisiya fondu yaradılır
ABŞ və İran arasında nəzərdə tutulan sülh razılaşmasının bir hissəsi kimi İran iqtisadiyyatına investisiya qoyuluşu üçün 300 milyard dollarlıq fondun yaradılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
Məlumata görə, fondun vəsaitlərinin yarıdan çoxu artıq ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan özəl şirkətlərin öhdəlikləri hesabına əvvəlcədən təmin edilib.
Bildirilib ki, ayrılacaq vəsait əsasən enerji, nəqliyyat, sənaye və logistika sahələrində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd olunub ki, fond ABŞ dövlət büdcəsi hesabına maliyyələşdirilməyəcək. Həmçinin bu mexanizmin İranla bağlı sanksiyaların ləğvi və ya ölkənin dondurulmuş aktivlərinin qaytarılması ilə əlaqəsi olmayacaq.
Mənbənin məlumatına əsasən, fondun fəaliyyətə başlaması ABŞ və İran arasında sülh müqaviləsinin qüvvəyə minməsindən asılıdır. Eyni zamanda, investisiya layihələrinin həyata keçirilməsində Amerika şirkətlərinin daha fəal rol oynayacağı gözlənilir.
07:03 17.06.2026
Oxunuş sayı: 59