İsrail İrana genişmiqyaslı zərbə planını son anda ləğv edib
İsrail Hərbi Hava Qüvvələri İran ərazisində yüzlərlə hədəfə yönəlmiş genişmiqyaslı zərbə planını əməliyyatın başlanmasına az qalmış dayandırıb.
Crossmedia.az bu barədə The Times of Israel-in məlumatına istinadən xəbər verir.
Məlumata əsasən, Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən obyektlərə kütləvi hava hücumu üçün tam hazırlıq vəziyyətinə gətirilib. Lakin eskadrilya brifinqləri zamanı əməliyyatın ləğv edildiyi bildirilir.
Hərbi Hava Qüvvələri komandanı general-mayor Omer Tişlerin əsgərlərə göndərdiyi mesajda planın iyunun 8-də günortaya qədər aktiv şəkildə hazırlandığı, lakin son anda dayandırıldığı qeyd olunub.
Məlumata görə, əməliyyatın ləğvi qərarı İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən verilib. Bu qərarın ABŞ prezidenti Donald Trump-ın gərginliyin artırılmaması ilə bağlı çağırışından sonra qəbul edildiyi iddia olunur.
23:33 16.06.2026
Oxunuş sayı: 44