Avropa liderləri Trampın Ukrayna siyasətində mövqeyini dəyişib
Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməyə nail olublar.
Crossmedia.az bu barədə Bloomberg-in yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Trampın hazırkı yanaşması Rusiyanın prezidenti Vladimir Putin ilə Ankoricdə keçirilən görüşdən sonra formalaşan mövqedən fərqlənir.
Bloomberg-in təhlilinə görə, Avropa liderlərinin diplomatik təzyiqləri nəticəsində ABŞ administrasiyasının Ukrayna siyasətində müəyyən düzəlişlər etdiyi qeyd olunur. Bununla belə, dəyişikliklərin detalları açıqlanmır.
Hesabatda vurğulanır ki, Ukrayna müharibəsi ilə bağlı Qərb daxilində koordinasiya davam edir və tərəflər ortaq mövqenin qorunmasına çalışır.
22:50 16.06.2026
Oxunuş sayı: 47