ABŞ-də UFC turnirinə və Ağ Evə qarşı dron hücum planı zərərsizləşdirilib
ABŞ-də UFC turniri və Ağ Ev ətrafına qarşı partlayıcılarla təchiz edilmiş dron hücumu planı ifşa olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Fox News”un məlumatına görə, hüquq-mühafizə orqanları planla əlaqəli 5 nəfəri saxlayıb, ümumilikdə isə 23 nəfər şübhəli şəxs kimi müəyyən edilib.
Bildirilir ki, planın tərkibində partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatları vasitəsilə yaxınlıqdakı binalara hücum etmək, bununla kütləvi təxliyə yaratmaq və insanları snayper atəşinə məruz qoymaq məqsədi olub. Daha sonra hücumçuların Ağ Evin ərazisinə giriş qapılarını ələ keçirməyi planlaşdırdığı iddia edilir.
ABŞ xüsusi xidmət orqanları bu planın hazırlanması barədə məlumatı iyunun 10-da əldə edib.
21:24 16.06.2026
Oxunuş sayı: 40