İran–ABŞ danışıqlarında yeni mərhələ başlayır
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə sanksiyaların ləğvi və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması üzrə danışıqlara dair açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran və ABŞ arasında anlaşma memorandumu bazar günü yekun şəkildə razılaşdırılıb və yaxın günlərdə, ehtimal ki, cümə günü rəsmi olaraq imzalanacaq. Sənədin imzalanacağı yer isə daha sonra müəyyən ediləcək.
Əraqçı bildirib ki, eyni zamanda ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması məqsədilə yeni danışıqlar raunduna da start veriləcək.
19:50 16.06.2026
Oxunuş sayı: 51