Ceki Çanın yeni filminin çəkilişləri Qazaxıstanda davam edir
Qazaxıstanın Manqistau vilayətində dünya şöhrətli aktyor Ceki Canın rol aldığı “Tanrının Zirehi 4: Ultimatum” filminin çəkilişləri aparılır.
Crossmedia.az xəbər verir ki,filmin əsas çəkiliş məkanlarından biri Bojıra vadisi olub. İyunun 7-dən 12-dək burada 35 nəfərlik çəkiliş qrupu fəaliyyət göstərib.
Məlumata görə, filmin istehsalının bu il başa çatdırılması planlaşdırılır. Ekran əsərinin 2027-ci ilin fevralında nümayişə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, “Tanrının Zirehi 4: Ultimatum” filminin bəzi səhnələri Azərbaycanda da çəkiləcək. Çəkilişlərin iyul ayında başlanacağı gözlənilir.
00:47 17.06.2026
Oxunuş sayı: 53