Fidan və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətraflı müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hakan Fidan bildirib ki, tərəflər regiondakı vəziyyəti geniş şəkildə nəzərdən keçiriblər.
“Biz Cənubi Qafqazdakı vəziyyəti, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini ətraflı müzakirə etdik. Bu proses regionda sülh və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”, – o vurğulayıb.
18:55 16.06.2026
Oxunuş sayı: 46