İsrail naziri viza səbəbindən ABŞ-ə getmədi
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ səfərini ləğv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin viza üçün nazirin şəxsən müraciət etməsini və barmaq izlərini təqdim etməsini tələb etməsi olub.
Ben-Qvirin ofisindən bildirilib ki, səfərin böyük hissəsi şəxsi xarakter daşıdığından o, diplomatik pasportdan istifadə etməkdən könüllü şəkildə imtina edib və adi viza üçün müraciət edib.
Nazir səfirliyə gələrək barmaq izlərini təqdim etsə və müsahibədən keçsə də, sonradan səfərdən imtina edib. Məlumata görə, Ben-Qvir vizanın uçuş tarixinədək hazır olmayacağından ehtiyatlanıb
18:38 16.06.2026
Oxunuş sayı: 43