Zelenski: G7 Ukraynaya tam dəstək verdi
Volodimir Zelenski bildirib ki, G7 sammit çərçivəsində iştirak edən bütün ölkələr Ukraynanı tam dəstəklədiyini və Rusiyanın mülki infrastruktur və əhaliyə yönələn son hücumlarını qınadığını təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, sammitdə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, raket təchizatı və anti-ballistik sistemlər üçün lisenziyaların əldə edilməsi məsələləri müzakirə olunub. O, həmçinin müharibə davam edəcəyi halda “qış paketi” çərçivəsində enerji infrastrukturunun qorunması üçün maliyyə dəstəyinə ehtiyac olduğunu bildirib.
Prezident qeyd edib ki, müttəfiqlər Ukraynaya həm hərbi, həm də enerji sektorlarında dəstəyin davam etdiriləcəyini təsdiqləyib. O, Kiyev-Peçersk Lavrasının bərpasında iştirakına görə İsveçrəyə təşəkkür edib və Fransanın Çernobıl sarkofaqının yenilənməsinə yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Zelenski əlavə edib ki, G7 Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləyir, sanksiyaların isə artıq Rusiyanın enerji ixracına ciddi təsir göstərdiyini bildirib.
18:31 16.06.2026
Oxunuş sayı: 43