İlon Maskın sərvəti $1,27 trilyona yüksəldi
Amerikalı iş adamı İlon Maskın sərvəti $1,27 trilyon dollara çatıb.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata əsasən, bu artım ABŞ və İran arasında mümkün sülh razılaşması ilə bağlı yayılan xəbərlər fonunda qlobal maliyyə bazarlarında müşahidə olunan müsbət əhval-ruhiyyə ilə əlaqələndirilir.
Xəbərlərin təsiri ilə xüsusilə Tesla və SpaceX kimi Maska məxsus şirkətlərin səhmlərində kəskin artım qeydə alınıb. İnvestorların gözləntilərinə görə, geosiyasi gərginliyin azalması enerji bazarlarında sabitlik və ümumilikdə investisiya mühitinin yaxşılaşmasına səbəb ola bilər.
"Bloomberg" qeyd edir ki, bu artım müasir maliyyə bazarlarında ən sürətli sərvət yüksəlişlərindən biri kimi qiymətləndirilir.
05:10 17.06.2026
Oxunuş sayı: 45