Kiyev sülhə açıqdır: Zelenski Rusiyanı hərəkətsizlikdə ittiham etdi
Volodimir Zelenski Ukrayna mətbuatına verdiyi açıqlamada ölkəsinin müharibənin siyasi yolla bitməsinə və atəşkəsin elan olunmasına hazır olduğunu bildirib.
Crossmedia.az ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski qeyd edib ki, Kiyev tərəfi sülh prosesinə açıqdır, lakin Rusiya bu istiqamətdə heç bir real addım atmır və hazırkı vəziyyətdə hərəkətsizlik nümayiş etdirir.
Onun sözlərinə görə, Ukrayna diplomatik həll yollarını dəstəkləsə də, prosesin irəliləməsi üçün qarşı tərəfin də siyasi iradə göstərməsi vacibdir.
18:19 16.06.2026
Oxunuş sayı: 46