Lavrovdan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı açıqlama
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib ki, Ukraynanın Aİ-yə qoşulması Birliyin daxili problemlərini daha da dərinləşdirə bilər.
“Avropa İttifaqının daxili problemləri baxımından Ukraynanın ora daxil olması bəlkə də pis fikir deyil. O zaman onlar sadəcə dağılacaqlar”, – deyə Lavrov qeyd edib.
Lavrovun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü Avropa İttifaqının mövcud problemlərinə əlavə yük yarada bilər.
17:55 16.06.2026
Oxunuş sayı: 51