Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
İyunun 7-də keçirilən seçkilər nəticəsində Ermənistan parlamentinə keçən müxalifət qüvvələri ora qanunsuz düşüblər və gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməlidirlər.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Doqquzuncu çağırış parlamentində formalaşan parlamentar müxalifət tamamilə qeyri-qanuni hərəkətlər nəticəsində formalaşmış siyasi vahiddir və Ermənistanın bu dairələri sonrakı siyasi fəaliyyət imkanından məhrum etmək legitim hüququ var. Ermənistan Respublikası tədbirlər görməlidir", - o qeyd edib. (report)
17:42 16.06.2026
Oxunuş sayı: 46