Suriya Livana hərbi müdaxilə təklifini rədd edib
Suriya hakimiyyəti Livandakı vəziyyətə hərbi müdaxilə ilə bağlı təkliflərə qarşı çıxıb.
Crossmedia.az “The National” nəşrinə istinadən xəbər verir ki, Suriya prezidentinin müşaviri Əhməd Zidan bildirib ki, Dəməşq ABŞ tərəfindən irəli sürülən Livanda güc tətbiqi ideyasını qəbul etmir və hərbi müdaxilədə maraqlı deyil.
Zidan qeyd edib ki, Suriya yalnız Livan dövlət institutlarının gücləndirilməsini dəstəkləyir, lakin xarici hərbi müdaxilənin regionda nəticə vermədiyini düşünür.
Onun sözlərinə görə, beynəlxalq aktorların hərbi yanaşmaya üstünlük verməsi doğru deyil və bu cür addımların bölgədə sabitlik yaratmadığı artıq sübut olunub.
Məlumata əsasən, bundan əvvəl Suriya prezidenti Əhməd ər-Şəra ilə bağlı Vaşinqtona mümkün səfər və Livan məsələsinin müzakirəsi də gündəmdə olub.
17:50 16.06.2026
Oxunuş sayı: 41