Avropa liderləri Trampı Ukrayna planını dəyişməyə çağırır
Almaniya, Fransa və Böyük Britaniya hesab edir ki, Ukrayna münaqişəsində təşəbbüs artıq əsasən Ukrayna tərəfinin əlindədir və Kiyev üstün mövqedədir.
Crossmedia.az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bu səbəbdən Avropa paytaxtları ABŞ Prezidenti Donald Tramp-ın irəli sürdüyü "Ankoric" prosesindən imtina etməsinin vacibliyini düşünür.
Bildirilir ki, Avropa liderləri Fransada keçirilən G7 sammiti çərçivəsində Trampı təmas xətti boyunca atəşkəs və münaqişənin dondurulmasını nəzərdə tutan alternativ plana dəstək verməyə razı salmağa çalışırlar.
Nəşr qeyd edir ki, tərəflər arasında bu məsələ ilə bağlı intensiv diplomatik müzakirələr aparılır və Ukrayna münaqişəsinin gələcək həlli ilə bağlı fərqli yanaşmalar gündəmdə qalır.
17:18 16.06.2026
Oxunuş sayı: 43