İran yığmasının ABŞ səfərində sərt təhlükəsizlik tədbirləri
İran milli futbol komandası 2026-cı il Dünya Kuboku çərçivəsində keçiriləcək oyunlar öncəsi ABŞ-yə gələrkən ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.
Crossmedia.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, komanda Los-Angeles Beynəlxalq Hava Limanında gücləndirilmiş təhlükəsizlik şəraitində qarşılanıb. İran yığmasının yerləşdiyi otelin ətrafında çoxsaylı polis əməkdaşları cəlb edilib və əlavə təhlükəsizlik maneələri quraşdırılıb.
Məlumata görə, İran millisi Dünya Kubokunda növbəti oyunlara hazırlıq məqsədilə Los-Angelesdə toplaşıb. Komanda daha əvvəl Yeni Zelandiya ilə qarşılaşmada iştirak edib.
Eyni zamanda, İran millisinin baş məşqçisi əvvəlki açıqlamalarından birində komandanın Dünya Kuboku çərçivəsində keçirdiyi oyundan dərhal sonra ABŞ ərazisini tərk etməyə məcbur edildiyini bildirmişdi. Bu amil İran yığmasının ABŞ-dəki təhlükəsizlik və logistika məsələlərinə dair müzakirələri yenidən gündəmə gətirib.
17:10 16.06.2026
Oxunuş sayı: 53