Pezeşkian Xameneiyə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan razılaşma ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian bildirib ki, razılaşma mətni qısa müzakirələrdən sonra İran Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.
Prezident “X” hesabında paylaşdığı açıqlamada prosesin Ali rəhbər Müctəba Xameneinin göstərişləri çərçivəsində həyata keçirildiyini vurğulayıb və ona təşəkkür edib.
Onun sözlərinə görə, razılaşma sənədinə Şura üzvlərinin “təqribən hamısı” dəstək verib.
Məhz bu ifadə İran siyasi dairələrində diqqət çəkib. Bəzi müşahidəçilər hesab edirlər ki, “təqribən hamısı” ifadəsi Şurada razılaşmaya qarşı çıxan və ya müəyyən qeyd-şərtlər irəli sürən üzvlərin də ola biləcəyinə işarə edir.
16:46 16.06.2026
Oxunuş sayı: 46