Hindistanın ən iri neft idxalçısı Rusiya neftindən imtina edib
Hindistanın ən iri neft idxalçısı olan “Reliance Industries”Rusiya neftini almaqdan imtina etdiyini açıqlayıb.
Bu barədə Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir.
Şirkət Rusiyadan neft daşıyan tankerlərin guya yolda olması ilə bağlı yayılan məlumatları təkzib edib. Məlumata görə, bu qərar fonunda Hindistanın Rusiya nefti idxalı son illərin ən aşağı səviyyəsinə düşə bilər.
Qeyd olunur ki, Reliance Industries-in açıqlaması ABŞ-nin prezidenti Donald Trampın Rusiyadan idxala qarşı rüsumların artırılması ehtimalı ilə bağlı xəbərdarlıqlarından sonra verilib. Bu amil Hindistan şirkətlərinin Rusiya nefti ilə bağlı mövqelərinə təsir göstərən əsas səbəblərdən biri kimi qiymətləndirilir.
Türkanə Məşədiyeva
16:00 06.01.2026
Oxunuş sayı: 2482