Rusiyada hərbçinin azərbaycanlı həyat yoldaşı ilə nikahı etibarsız sayıldı
Rusiyanın Samara vilayətində məhkəmə Ukraynada gedən müharibədə həlak olmuş kişinin Azərbaycan vətəndaşı olan rəsmi həyat yoldaşı ilə nikahını etibarsız sayıb.
Crossmedia.az xəbər verir ki, sosial ödənişlərin rəsmiləşdirilməsi zamanı mərhumun 2015-ci ildən qeyri-rəsmi nikahda yaşadığı rusiyalı qadın onun rəsmi həyat yoldaşının da olduğunu öyrənib. Qeyd olunur ki, 2019-cu ildə onların bir qızı dünyaya gəlib və hər iki qadın müavinət üçün müraciət edib.
Araşdırma zamanı azərbaycanlı qadınla nikahın guya yalnız onun Rusiyada qalma icazəsi alması məqsədi ilə bağlandığı, birgə ailə həyatının olmadığı iddia edilib. Samara məhkəməsi nikahı ləğv edib, ödənişlərin mərhumun varisi üçün rəsmiləşdirilməsi isə prokurorluğun nəzarətində saxlanılır.
Türkan Kərimli
14:07 06.01.2026
Oxunuş sayı: 2436