Qazaxıstan-Azərbaycan optik kabeli 2026-cı ildə tamamlanacaq
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibindən keçəcək optik kabelin tikintisi 2026-cı ilin sonunadək tamamlanacaq.
Bu barədə Crossmedia.az Qazaxıstanın vitse-prezidenti, Süni İntellekt və Rəqəmsallaşma naziri Jaslan Madievin verdiyi məlumata istinadən xəbər verir.
Məlumata görə, Xəzərdə dəniz tədqiqat işlərinə 2025-ci ilin avqust ayında başlanıb. Madiev bildirib ki, layihənin məqsədi tranzit potensialını artırmaq və Qazaxıstan-Azərbaycan arasında yüksək sürətli rabitəni təmin etməkdir.
Tikiləcək kabelin uzunluğu 391 km olacaq və maksimum ötürmə qabiliyyəti 400 Tbit/saniyə təşkil edəcək.
Mehriban İbrahimli
13:20 06.01.2026
Oxunuş sayı: 2706