Başqırdıstanın Sterlitamak şəhərində partlayışlar qeydə alınıb
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində sakinlər bir neçə partlayışın baş verdiyini bildiriblər.
Bu barədə Crossmedia.az "UNIAN"ın yaydığı məlumata istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan videolarda güclü partlayış səsləri eşidilir, lakin hədəflərin dəqiq təyini hələ mümkün olmayıb.
Əvvəlki məlumatlara görə, partlayışlar yerli neft-kimya zavodlarından birinə təsir etmiş ola bilər. Rəsmi orqanlardan hələ açıqlama daxil olmayıb.
Mehriban İbrahimli
13:14 06.01.2026
Oxunuş sayı: 2397