Karakasda Maduro sarayı yaxınlığında atəş kəsildi
Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun sarayı ətrafında müşahidə olunan gərginlik aradan qalxıb. Mənbələrin verdiyi məlumata görə, bir müddət əvvəl eşidilən atəş səsləri quru toqquşmalarla bağlı olmayıb və təhlükəsizlik qüvvələrinin qeydiyyatsız pilotsuz uçuş aparatlarına (dronlara) qarşı gördüyü tədbirlər çərçivəsində qeydə alınıb.
Crossmedia.az xəbər verir ki,hadisədən sonra vəziyyət tam nəzarət altına alınıb, ərazidə panika və ya hərbi texnikanın kütləvi şəkildə cəmləşdirilməsi müşahidə olunmur. Yerli sakinlər gündəlik fəaliyyətlərini davam etdirir, ümumi vəziyyət sabit olaraq qalır.
Eyni zamanda, prezident sarayının yerləşdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısının alınması məqsədilə nəzarəti artırıb. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatın veriləcəyini bildirir.
Nastya Qəniyeva
11:33 06.01.2026
Oxunuş sayı: 2668