ABŞ: Venesuelaya hücum zamanı Rusiya istehsalı HHM sistemləri effektiv olmayıb
ABŞ-nin müdafiə naziri Venesuelaya qarşı həyata keçirilən hücumlar zamanı ölkənin arsenalında olan Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərinin gözlənilən səviyyədə işləmədiyini bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, əməliyyat zamanı ABŞ ordusunun istifadə etdiyi müasir texnologiyalar və yüksək dəqiqlikli silahlar Venesuelanın HHM imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Nəticədə bir sıra zərbələrin qarşısı alınmayıb.
O qeyd edib ki, bu əməliyyat ABŞ Silahlı Qüvvələrinin texnoloji üstünlüyünü bir daha nümayiş etdirib.
Türkanə Məşədiyeva
11:04 06.01.2026
Oxunuş sayı: 2967