BMT ölənlərlə bağlı məlumatları dəqiqləşdirməyə çalışır
BMT ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərlə bağlı məlumatları dəqiqləşdirməyə çalışır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat brifinqində bildirib ki, təşkilat hadisə yerində baş verənlərlə bağlı daha ətraflı informasiya toplamağa çalışır. Onun sözlərinə görə, hazırda itkilərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, The New York Times nəşri ABŞ-nin Karakasda keçirdiyi əməliyyat nəticəsində təxminən 80 nəfərin öldüyünü yazıb.
Günel Verdiyeva
11:00 06.01.2026
Oxunuş sayı: 2597