BMT baş katibi: ABŞ Venesuelada beynəlxalq hüququ pozub
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat beynəlxalq hüququn normalarının pozulmasıdır.
Crossmedia.az xəbər verir ki, bu açıqlamadan sonra Venesuela parlamenti ABŞ hücumuna dəstək verən şəxslərin axtarışı və məsuliyyətə cəlb olunması ilə bağlı göstəriş verib. Hakimiyyət silahlı qüvvələrin səfərbər olunduğunu da bəyan edib.
Eyni zamanda, neft sənayesində və digər strateji sahələrdə çalışan işçilər üçün “hərbi rejim” tətbiq olunub. Rəsmi Karakas bunu ölkənin təhlükəsizliyinə təhdidlə əlaqələndirib.
Türkan Kərimli
09:12 06.01.2026
Oxunuş sayı: 3316