Ramzan Kadırov 20 yaşlı oğlunu baş nazirin müavini vəzifəsinə təyin etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Əhməd Kadırovu respublikanın baş nazirinin müavini vəzifəsini icra edən şəxs təyin edib. Müvafiq qərar yerli hakimiyyət orqanları tərəfindən açıqlanıb.
Bu barədə Crossmedia.az xəbər verir.
Məlumata görə, Əhməd Kadırov yeni vəzifəsində sosial-iqtisadi layihələr, gənclərlə iş və regional inkişafla bağlı istiqamətlərə nəzarət edəcək. Onun bundan əvvəl də Çeçenistan rəhbərliyində müxtəlif ictimai və idman strukturlarında fəaliyyət göstərdiyi bildirilir.
Türkanə Məşədiyeva
01:34 06.01.2026
Oxunuş sayı: 2956