Ərdoğan Trampla telefon danışığında Venesuela ilə bağlı mövqeyini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Söhbət zamanı regional və beynəlxalq məsələlər müzakirə olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ərdoğan Venesuelanın qeyri-sabitliyə doğru sürüklənməsinin qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, Türkiyə dost Venesuela xalqının yanında olmağa, ölkənin inkişafı və rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcək.
Türkiyə lideri, həmçinin, Ankaranın beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmədiyini diqqətə çatdırıb.
22:19 05.01.2026
Oxunuş sayı: 2706