Stratfor: 2026-cı ildə Ermənistanı daxili gərginlik və geosiyasi dönüş gözləyir
ABŞ-nin nüfuzlu Stratfor analitik mərkəzi 2026-cı illə bağlı yaydığı proqnozda Ermənistanın ciddi daxili siyasi ziddiyyətlər və geosiyasi dəyişikliklər dövrünə daxil olacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hesabatda Ermənistan və Azərbaycanın 2025-ci ildə əldə olunmuş sülh çərçivə sazişinin icrası istiqamətində məhdud və ehtiyatlı addımlar atacağı qeyd olunur. Bu prosesin iki ölkə arasında yeni müharibə riskini azaldacağı vurğulanır. Eyni zamanda tərəflər arasında ticarət əlaqələrinin normallaşdırılmasının mərhələli və ehtiyatla həyata keçiriləcəyi bildirilir.
Bununla yanaşı, Stratfor analitikləri Ermənistanda daxili siyasi gərginliyin artacağı qənaətindədir. Proqnoza görə, baş nazir Nikol Paşinyan 2026-cı ildə cəmiyyətdə güclənən narazılıq və daxili təzyiqlərlə üzləşəcək. Analitiklər bu prosesin ölkənin siyasi kursuna və regional mövqeyinə də təsir göstərə biləcəyini istisna etmirlər.
Nigar Yahyazadə
23:25 05.01.2026
Oxunuş sayı: 3063