Maduro Nyu-York məhkəməsində ittihamları rədd edib
Fox News-un məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro hazırda Nyu-Yorkda məhkəmə qarşısında çıxış edir. O, ispan dilində danışır və tərcüməçidən istifadə edir. Bildirilir ki, hakim Maduronun çıxışını bir neçə dəfə kəsib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir.
CNN-in əlavə etdiyi məlumata əsasən, Maduro və həyat yoldaşı Siliya Flores narkoterrorizm və silah dövriyyəsi ilə bağlı ittihamlarla üzləşirlər.
Reuters xəbər verir ki, Nikolas Maduro irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə “Mən günahsızam, mən dürüst insanam, mən prezidentəm” deyə bəyan edib.
Eyni zamanda, Reuters-in məlumatına görə, Maduronun həyat yoldaşı Siliya Flores də ABŞ-də kokain qaçaqmalçılığı ilə bağlı ittihamları qəbul etməyib.
22:22 05.01.2026
Oxunuş sayı: 3193