Maduro: Özümü hərbi əsir sayıram
Nyu-Yorkda keçirilən məhkəmə prosesi beynəlxalq siyasi gündəmdə geniş rezonans doğurub. Venesuela prezidenti Nikolas Maduronun səsləndirdiyi açıqlamalar diqqət mərkəzinə çevrilib.
Crossmedia.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində çıxışı zamanı özünü “hərbi əsir” adlandırıb.
“Mən Venesuela prezidentiyəm və özümü hərbi əsir hesab edirəm”, – deyə Maduro bildirib.
O, ABŞ-da narkoterrorizm işi üzrə irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmə prosesində Maduronun həyat yoldaşı da onunla birlikdə iştirak edib.
Zeynəb Xuduyeva
21:40 05.01.2026
Oxunuş sayı: 3504