İran ABŞ-ni xəbərdar edib: Daxili işlərə müdaxilə Yaxın Şərqi xaosa sürükləyər
ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi bütün Yaxın Şərqin sabitliyini pozmaqla nəticələnə və Vaşinqtonun regiondakı maraqlarının darmadağın olmasına səbəb ola bilər. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın ölkədə etirazçıları dəstəkləmək təhdidlərinə cavab olaraq bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Laricani “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, etiraz edən tacirlərin mövqeyi dağıdıcı ünsürlərin mövqeyindən fərqləndirilməlidir. Onun sözlərinə görə, Tramp anlamalıdır ki, ABŞ-ın bu daxili məsələyə müdaxiləsi region miqyasında xaosa və Amerikanın Yaxın Şərqdəki maraqlarının məhvinə gətirib çıxara bilər.
Günel Verdiyeva
23:31 02.01.2026
Oxunuş sayı: 1591