Mayk Pompeo: ABŞ İranda etirazlara yanaşmasını dəyişib
ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo İranda baş verən etirazlarla bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o Barak Obama administrasiyası dövründə İranda etirazlar baş versə də, ABŞ-nin buna açıq reaksiya göstərmədiyini bildirib.
Pompeonun sözlərinə görə, Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında formalaşan yaxın münasibətlər Vaşinqtonun mövqeyini dəyişdiyini göstərir. O vurğulayıb ki, ABŞ İran xalqının istək və arzularının reallaşması üçün zəruri addımları atmağa hazırdır və bu yanaşma 15 il əvvəlki siyasətdən ciddi şəkildə fərqlənir.
Nigar Yahyazadə
23:00 02.01.2026
Oxunuş sayı: 1141