Nyu-Yorkun yeni bələdiyyə başçısı İsrailə dəstək qərarlarını ləğv etdi
Nyu-Yorkun yeni bələdiyyə başçısı Zöhran Mamdani ilk iş günü şəhər administrasiyasının İsrailə dəstək verən iki qərarını ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat verib.
Belə ki, bunlardan biri şəhər idarələrinə İsrailə qarşı boykot tətbiq etməyi və ya İsraillə əlaqəli şirkətlərdən investisiyaları çıxarmağı qadağan edən göstəriş idi.
Digəri isə anti-semitizmin geniş təyini ilə bağlı idi və bəzi hallarda İsrailin tənqidini anti-semitizm kimi qiymətləndirirdi.
Qeyd edək ki, başçının bu addımı şəhərin siyasətində dəyişikliklərin olacağını göstərir və Nyu-Yorkun İsrailə münasibətini yenidən formalaşdırır.
Fatimə Məmmədova
23:40 02.01.2026
Oxunuş sayı: 1208