İsrail Nyu-York meri Mamdanini antisemitizmdə ittiham edib
İsrailin Xarici İşlər Nazirliyi Nyu-Yorkun meri Mamdanini “antisemitizmdə” ittiham edib.
Bu addım, merin əvvəlki mer Erik Adamsın dövründə qəbul edilmiş bir sıra qərarları ləğv etməsindən sonra atılıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilir ki, Mamdaninin qərarları yəhudi icmasının maraqlarına zidd ola bilər və şəhərdə antisemit əhval-ruhiyyəni gücləndirə bilər. Söhbət, əsasən İsraillə bağlı siyasət və şəhər administrasiyasının əvvəlki qərarlarına yenidən baxılması ilə bağlıdır.
Türkanə Məşədiyeva
23:35 02.01.2026
Oxunuş sayı: 1366