Qar yağışı səbəbindən Rusiya–Gürcüstan sərhədində yüzlərlə avtomobil yolda qalıb
Güclü qar yağışı və əlverişsiz hava şəraiti səbəbindən Rusiya-Gürcüstan dövlət sərhədində hərəkət ciddi şəkildə məhdudlaşıb. Nəticədə yüzlərlə minik və yük avtomobili sərhəd-keçid məntəqəsi ərazisində yolda qalıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Xüsusilə dağlıq ərazilərdə yolların buz bağlaması və görünüş məsafəsinin kəskin azalması nəqliyyatın hərəkətini mümkünsüz edib.
Sürücülər saatlarla, bəzi hallarda isə daha uzun müddət sərhəddə gözləmək məcburiyyətində qalıblar.
Sevinc Yarməmmədova
23:27 02.01.2026
Oxunuş sayı: 1191