Rusiyada RDK-nın qurucusu Kapustin yenidən axtarışa verilib
Rəsmi Moskva Ukraynada fəaliyyət göstərən Rusiya Könüllülər Korpusunun qurucusu Kapustini yenidən federal axtarış siyahısına salıb. Buna səbəb onun sağ olduğu və fəaliyyətdə bulunduğunun müəyyənləşdirilməsi olub.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kapustinin ölümü ilə bağlı yayılan əvvəlki xəbərlər təsdiqini tapmayıb. Bundan sonra o, yenidən axtarışa verilib.
Bildirilir ki, Kapustin ekstremist fəaliyyət, qanunsuz silahlı birləşmələrin yaradılması və dövlət təhlükəsizliyinə qarşı əməllərdə ittiham olunur. Hazırda onun olduğu yerin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Türkanə Məşədiyeva
23:22 02.01.2026
Oxunuş sayı: 1171