Budanov Ukrayna Prezident Administrasiyasının başçısı təyin edilib
Ukraynanın hərbi kəşfiyyat rəhbəri Kirill Budanov Prezident Volodimir Zelenskinin təklifini qəbul edərək Ukrayna Prezident Administrasiyasının başçısı vəzifəsinə təyin edilib.
Bu barədə Crossmedia.az onum öz sosial şəbəkə hesabında verdiyi məlumata istinadən xəbər verir.
«Mən Ukraynaya xidmət etməyə davam edirəm. Prezident Administrasiyasının rəhbəri vəzifəsini ölkəyə qarşı növbəti məsuliyyət mərhələsi kimi qiymətləndirirəm. Bu mənim üçün həm şərəf, həm də məsuliyyətdir – Ukrayna üçün tarixi bir dövrdə dövlətimizin strateji təhlükəsizliyinə dair ən kritik məsələlərə diqqət yetirmək», – Budanov bildirib.
Mehriban İbrahimli
22:35 02.01.2026
Oxunuş sayı: 1295