2026-cı ildə beyin implantlarının kütləvi istehsalına başlanılacaq
Amerikalı milyarder İlon Maskın şirkəti Neuralink, 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mask 2 yanvarda X platformasında bildirib ki, şirkət beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına keçəcək.
2026-cı ildə sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura başlanacaq.
20:32 02.01.2026
Oxunuş sayı: 1609