Rus Könüllü Korpusunun komandiri Denis Kapustin sağdır
Ukrayna kəşfiyyatı Rus Könüllü Korpusunun komandiri Denis Kapustinin ölüb-ölməməsi barədə yayılan məlumatları təkzib edib və onun sağ olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kapustinin qətli Rusiya kəşfiyyat orqanları tərəfindən sifariş edilmiş və bunun üçün 500.000 dollar ayrılmışdı.
Ukrayna Kəşfiyyat Baş İdarəsinin bir aydan çox davam edən xüsusi əməliyyatı nəticəsində Kapustinin həyatı xilas edilib. Eyni zamanda, əməliyyat Rusiya kəşfiyyat orqanlarında cinayəti sifariş edən və həyata keçirən şəxslərin dairəsini müəyyən edib. GUR tərəfindən qətl üçün nəzərdə tutulan 500.000 dollar isə xüsusi təyinatlıların ehtiyaclarına xərclənəcək.
16:53 02.01.2026
Oxunuş sayı: 1429