Tramp Zelenskiyə “Əclaf” deyib
ABŞ prezidenti Donald Tramp uzun müddətdir davam edən narazılıqlarına görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Əclaf” ləqəbi verib.
Crossmedia.az New York Times-a istinadən xəbər verir ki, Trampın şəxsi söhbətlərində həmkarına bu cür istinad etdiyi iddia edilir.
Beş köməkçisinin sözlərinə görə, Tramp görüşlər zamanı Zelenskiyə tələb etdiyi təhlükəsizlik zəmanətlərini verməyəcəyini bildirib. Onun fikrincə, Zelenskinin konkret təhlükəsizlik zəmanətləri üçün səyləri həm faydasız, həm də təhlükəli ola bilər.
ABŞ Demokrat Partiyası düşərgəsi Zelenskini Trampın təklif etdiyi sülh planı ilə razılaşmamağa çağırır. Təklif olunan plan çərçivəsində Ukrayna ABŞ-dan etibarlı təhlükəsizlik zəmanətləri müqabilində mübahisəli Donbas bölgəsini təhvil verməli və Rusiyanın bir daha hücum etməyəcəyinə zəmanət almalı idi. Lakin Tramp iddia edir ki, belə zəmanətlər strateji baxımdan məqsədəuyğun deyil və reallıqda heç kimin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin inanmayacağı kağız üzərindəki vədlərdən ibarətdir.
Trampın ABŞ-nin təhlükəsizlik öhdəliklərinə əməl etməyə şübhəsi onun Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girməyə istəməməsi ilə əsaslandırılır.
17:32 02.01.2026
Oxunuş sayı: 2037