Bu səbəbdən İsveçrədə Dünya Kuboku mərhələlərinin təxirə salınması müzakirə olunur
Beynəlxalq qış idman federasiyaları böyük qış kurortlarından birində baş verən və insan tələfatı ilə nəticələnən yanğından sonra təhlükəsizlik məsələləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən İsveçrədə keçirilməsi planlaşdırılan Dünya Kuboku mərhələlərinin təxirə salınması variantı nəzərdən keçirilir.
Məlumata görə, bir sıra yüksək vəzifəli idman rəsmiləri hadisə ilə bağlı açıqlanan rəsmi versiyaya şübhə ilə yanaşır. Onlar baş verənləri terror qruplaşması İŞİD-in son dövrlər yenidən aktivləşməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik federasiyalar tərəfindən yekun qərar açıqlanmayıb. Təhlükəsizlik vəziyyəti qiymətləndirildikdən sonra rəsmi mövqe elan ediləcək.
17:40 02.01.2026
Oxunuş sayı: 1263