Xersona raket hücumu: yaralılar var
Rusiyanın Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin raket hücumu nəticəsində 14 nəfər yaralanıb, onlardan beşi uşaqdır. Bir uşağın vəziyyəti çox ağır, digərlərinin vəziyyəti isə orta dərəcədə qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Onun sözlərinə görə, yaralılar Rusiya və Krım xəstəxanalarında stasionar müalicə alırlar. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparır, telemeditsina vasitəsilə federal tibb mərkəzlərinin mütəxəssisləri ilə məsləhətləşmələr aparılır.
Xatırladaq ki, 1 yanvar tarixində Xerson vilayətinin qubernatoru Vladimir Saldo bildirib ki, USQ mülki şəxslərin Yeni ili qeyd etdiyi Xorla kəndindəki kafe və mehmanxanaya pilotsuz uçuş aparatı ilə hədəfli zərbə endirib. Bir PUA yanıcı maddə daşıyıb və nəticədə kafedə yanğın baş verib.
Yerli hakimiyyətin məlumatına görə, hadisə zamanı 24 nəfər həlak olub. Faktla bağlı terror aktı üzrə cinayət işi açılıb, 2–3 yanvar Xerson vilayətində matəm günü elan olunub.
Fatimə Məmmədova
16:15 02.01.2026
Oxunuş sayı: 1810