Belqorodda raket zərbəsi: iki nəfər yaralanıb
Rusiyanın Belqorod şəhərinin mərkəzinə raket zərbəsi endirilib. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb, 40 mənzildə və bir fərdi evdə pəncərələr sınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzinə raket zərbəsi endirib. Regional operativ qərargahın yaydığı açıqlamada bildirilib ki, zərbə nəticəsində iki mülki qadın yaralanıb.
Atəş nəticəsində üç çoxmənzilli binada yerləşən təxminən 40 mənzildə, həmçinin bir fərdi yaşayış evində pəncərələrə ziyan dəyib.
Xəsarət alanlardan biri “kəllə-beyin travması və barotravma” diaqnozu ilə vilayət klinik xəstəxanasına çatdırılır. Digər yaralı qadın isə ön qolundan qəlpə yarası alıb və Belqorod şəhər 2 saylı xəstəxanaya aparılır.
Faktla bağlı araşdırma aparılır.
Fatimə Məmmədova
15:50 02.01.2026
Oxunuş sayı: 1410