Hərbi ekspertlə müsahibə: Hərbi xidmətin bir ildən altı aya salınması müzakirə olunmur - Anons
XXI əsrin ikinci onilliyindən etibarən beynəlxalq təhlükəsizlik mühiti köklü şəkildə dəyişməkdədir. Qlobal güc balansında baş verən transformasiyalar, regional münaqişələrin xroniki xarakter alması, hibrid müharibə modellərinin genişlənməsi və yüksək texnologiyaların döyüş meydanına sürətlə inteqrasiyası dövlətlərin hərbi-strateji yanaşmalarını yenidən nəzərdən keçirməsini zəruri edir. Müasir dövrdə təhlükəsizlik artıq təkcə klassik hərbi güc amili ilə ölçülmür; siyasi sabitlik, iqtisadi dayanıqlılıq, texnoloji üstünlük və müttəfiqlərlə koordinasiya olunmuş fəaliyyət bütöv təhlükəsizlik arxitekturasının əsas sütunlarına çevrilmişdir.
Bu mürəkkəb və çoxqatlı təhlükəsizlik mühitində yerləşən Azərbaycan
üçün milli müdafiə siyasətinin formalaşdırılması xüsusi strateji əhəmiyyət kəsb edir. Azərbaycan həm geosiyasi baxımdan həssas bölgədə yerləşməsi, həm də regional və qlobal proseslərin kəsişmə nöqtəsində olması səbəbindən təhlükəsizlik məsələlərinə kompleks və çevik yanaşma sərgiləməyə məcburdur. Xüsusilə postmünaqişə mərhələsinə daxil olmuş ölkə üçün hərbi gücün saxlanılması ilə yanaşı, onun rasional idarə olunması, modernləşdirilməsi və gələcək çağırışlara uyğunlaşdırılması prioritet məsələ olaraq qalır.
İlin hərbi yekunları ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a geniş müsahibə verib.
Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— "Azərbaycan artıq regional gücdən orta güc səviyyəsinə yüksəlir".
— "Azərbaycanın hərbi doktrinasının əsas prioritetləri həm milli, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edir".
— "Hərbi xidmətin 1 ildən 6 aya salınması məsələsi müzakirə olunur, lakin hazırkı şəraitdə tam real hesab edilmir".
— "Ordu da cəmiyyətin ayrılmaz bir hissəsidir və cəmiyyət necə inkişaf edirsə, ordu da inkişaf etməlidir".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
13:50 21.12.2025
Oxunuş sayı: 4591