İstanbulda COP31 çərçivəsində Türkiyə–Azərbaycan məsləhətləşmələri keçirilib
İstanbul şəhərində COP31 prosesi üzrə Türkiyə–Azərbaycan arasında məsləhətləşmə iclası baş tutub.
Crossmedia.az bu barədə xəbər verir.
İclasda Azərbaycan nümayəndə heyətinə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev rəhbərlik edib. Azərbaycan tərəfi COP31-in hazırlanması və keçirilməsi prosesində hərtərəfli dəstək məqsədilə COP29-a hazırlıq və onun uğurla təşkili zamanı əldə olunan təcrübə və yanaşmaları Türkiyə tərəfi ilə bölüşüb.
Görüşdə Azərbaycanın COP31-in uğurla təşkil olunması üçün Türkiyə ilə sıx əməkdaşlığa sadiqliyi vurğulanıb. Məsləhətləşmələrdə həmçinin Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də iştirak edib.
Günel Verdiyeva
19:22 19.12.2025
Oxunuş sayı: 946