Karen Avanesyanın işi üzrə məhkəmədə şahidlər dindirilib
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın davam etdirilən məhkəməsində şahid ifadələri dinlənilib.
Crossmedia.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edib.
Məhkəmə prosesində zərər çəkənlərin və hadisə şahidlərinin ifadələri dinlənilib.
Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin olunub.
15:18 19.12.2025
Oxunuş sayı: 1287