Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Crossmedia.az xəbər verir ki, bəyanat mətnini onunla bağlı yaradılmış komissiyanın sədri Şahin İsmayılov oxuyub.
Daha sonra bəyanat səsə qoyularaq qəbul olunub.
11:13
Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:
"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".
12:18 19.12.2025
Oxunuş sayı: 1287