Ermənistanın baş naziri: Qarabağ ermənilərinin geri qayıdışı gündəliyi faydasızdır
Ermənistanın baş naziri bildirib ki, Qarabağ ermənilərinin geri qayıdışı ilə bağlı gündəmin irəli sürülməsi onlara heç bir fayda vermir və yalnız “əbədi didərginliyə” yol açır.
Crossmedia.az bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Hökumət başçısının sözlərinə görə, bu yanaşma Qarabağ ermənilərini, eləcə də bütövlükdə erməni xalqını daimi köçkün statusuna məhkum etmək anlamına gəlir. “Bu insanlar harada yaşayacaqlarını, ünvanlarının olub-olmadığını bilməməlidirlərmi? Ünvan var və bu da beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır” – deyə baş nazir vurğulayıb.
Qeyd olunan açıqlamalar fonunda Eçmiədzində etiraz aksiyaları başlayıb. Şəhərdə II Qareginin və Ermənistanın baş nazirinin tərəfdarları toplaşıb. Məlumata görə, aksiyalar zamanı qarşıdurmalar qeydə alınıb, ilk saxlanılanlar var.
Günel Verdiyeva
20:15 18.12.2025
Oxunuş sayı: 1232