BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo deyib.
BMT rəsmisi qeyd edib ki, hazırkı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreevanın mandatı 2026-cı il yanvarın 6-da başa çatacaq.
Bildirilib ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədə onun öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq:
"Adətən olduğu kimi, yeni Rezident Əlaqələndiricinin təyinatı ilə bağlı rəsmi elan vəzifəyə başlamasına yaxın tarixdə BMT Baş katibinin sözçüsünün ofisi tərəfindən açıqlanacaq".
K. Azevedo əlavə edib ki, keçid dövründə rəhbərliyin davamlılığını təmin etmək məqsədilə təcrübəli bir Rezident Əlaqələndirici 15 yanvar 2026-cı il tarixindən etibarən müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq.
Xatırladaq ki, V.Andreeva Azərbaycanda fəaliyyətə 2021-ci il iyulun 1-də başlamışdı.(Report)
23:22 17.12.2025
Oxunuş sayı: 1508